Partenofiliya (Bakirə qızlara qarşı cinsi meyil)

303-612-pedofiliya

Bu termin kifayət qədər yeni tətbiq edilir. Virgin kitabının müəllifinin fikirinə görə: The Untouched History Hanna Blank- ” Bizdə bu hal o qədər normal, məqbul, ideoloji cəhətdən düzgün sayılır ki, insanlar göstərilən meyillliyi pozuntu kimi qəbul etmirlər”. Bəzi mütəxəsislər bu termini yeniyitməlik dövründə olan qızlara meyil kimi təsvir edir. Beləcə, onlar bu halı nimfofiliyadan fərqləndirirlər. (Məsələn, Frank Van Reenin “Pedofiliya-ziddiyətli sual” kitabında). Geniş yayılmış papulistik və bulvar ədəbiyyatında bu terminin hər iki anlamını qarışdırırlar. Məsələn: Zbiqnev Lev-Staroviç partenofeliyanı (bakirələrə qarşı seksual meyil) pedofiliyanın bir növü kimi qeyd edir. Bu hal ən çox kişilərdə rast gəlinir. Hesab edilir ki, bu halın əsasında kişilərin seksual təcrübəsi olmuş qadınlara öz seksual qabiliyyətlərini bəyəndirməmək qorxusu; partnyorun təcrübəsizliyindən həzz alma və partnyor üçün bir növ müəllim rolunda olma istəyi olur. Bəzi yaşlı şəxslərdə partenofiliya cinsi zəifliyin meydana gəlməsi ilə yarana bilər. Cavanlarda isə psixoseksual inkişafın gecikməsi və cinsi münasibətlərin yeniyetmə yaşına uyğun qalması ola bilər. Partenofiliyaya meyilli insanlar bir çox halda iş yeri olaraq gənc qızlardan ibarət kollektivləri seçirlər. Beləcə onlar öz cinsi təlabatlarını ödəmək üçün rahat obyektlər tapırlar. Əsasən məşqçi, müəllim, tərbiyəçi və incəsənətin hər hansı sahəsi üzrə bədii rəhbər vəzifələrin seçirlər. Beləcə onlar nişanladıqları obyekt üçün dərs vaxtından əlavə dərslər keçməyə, ona daha çox diqqət ayırmağa başlayırlar. Bu da yeniyetmə şəxsiyyətində ona qarşı xüsusi məhəbbət yaradır. “Tərbiyəvi nəsihətlər” fikri altında qızla cinsi əlaqə barədə geniş söhbətlər aparır, müfaviq pornaqrofiya, erotika ilə bağlı ədəbiyyat və filmlərlə təchiz edirlər. Bir çox hallarda bu məzmunlu ədəbiyyat və ya film qurbanı daha rahat addım atmağa cəsarətləndirmək üçün istifadə edilir.

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti

Share to Odnoklassniki